Sağlamlıq
İnfeksionistdən MÜHÜM XƏBƏRDARLIQ - Telefonda unitaz qapağından daha çox bakteriya var
Yoluxucu xəstəliklər həkimi Natalya Oçinskaya 2015-ci ildə Surrey Universitetinin apardığı bir araşdırmanın nəticələrinə istinad edərək çox sayda patogen bakteriyanın telefonun səthində yaşaya biləcəyini söyləyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alim telefonların daşıdığı bakteriyaların yaratdığı təhlükədən söz açıb: “Alimlər insanların telefonlarındakı bakteriyaları laboratoriyalarda analiz edib. Nəticədə məlum oldu ki, smartfonlar təhlükəli bakteriyalar üçün əsl çoxalma yeridir. Araşdırma çərçivəsində adi insanların 30 telefonu sınaqdan keçirilib. Bəzi hallarda smartfonda unitaz qapağının ağzından 18 qat daha çox bakteriya olduğu üzə çıxıb. Bu bakteriyalar ciddi xəstəliklərə səbəb olur. Məsələn, dəri və bağırsaq infeksiyaları, sətəlcəm və meningitə gətirib çıxara bilər.
Odur ki, smartfonun səthini gündə bir dəfə təmizləmək lazımdır. Bunu etmək üçün antibakterial salfetlər, əllər üçün antimikrobiyal maddələr, spirt və ya cihazlar üçün xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edə bilərsiniz. Silməzdən əvvəl telefonu söndürmək vacibdir və dezinfeksiyaedici mayelərin qacetlərə girməsinə icazə verilməməlidir”.
Aytən Məftun
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı












.jpg)





.jpg)

















