Sağlamlıq
Yeni xəstəlik yayıldı - BU DƏFƏ UŞAQLAR...
Amerika Birləşmiş Ştatları, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan respirator-sinsitial virusa (RSV) kütləvi yoluxma hallarını qeydə alıblar.
Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası respirator-sinsitial virusların (RSV) yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.
ABŞ-ın Nyu-York şəhərinin xəstəxanalarından birində Uşaq Yoluxucu Xəstəlikləri Bölməsinin rəhbəri Rabia Aqa qeyd edib ki, yeni virusa yoluxma halları hələ apreldə olub. Onun sözlərinə görə, bunun nəticəsində xəstəxananın intensiv terapiya bölməsi qısa zamanda xəstələrlə dolub.
"Bu bizi təəccübləndirdi. Bilirdik ki, diqqəti buna yönəltməyə dəyər, amma düşünmürdük ki, xəstələr bu qədər çox olacaq", - İsveçrənin Sürix Universiteti Klinikasının həkimi Kristof Berqer deyib.
Qeyd edək ki, kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Həmin xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.
Kəskin respirator virus infeksiyaları Yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Hesablamalara əsasən hər il dünyada 1 milyarddan çox insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 %-i körpələrin və uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. (report)
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO








































