Sağlamlıq
Koronavirusdan sağalanlar bunları yeməsin
Post-koronavirus dönəmində xəstələr iltihaba səbəb olan qidalardan imtina etməlidirlər.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Samara Pəhriz Terapiyası İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Qinzburq və qastroenteroloq, terapevt Nikita Xarlov məlumat verib. Bildirilib ki, koronavirusdan sağalan bədəndə iltihabi aktivlik artır. Bu, yaşla bağlı xəstəliklərin əsasını təşkil edir - hipertoniya, ateroskleroz, xərçəng. Odur ki, bu vəziyyətdə Qinzburq antiinflamatuar pəhrizin təsirli olduğunu düşünür.
“Mümkünsə şəkəri, yüksək qlisemik indeksi olan məhsulları, un, kartof və düyüdən hazırlanan məhsulları rasiondan çıxarmaq lazımdır. Həmçinin günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, marqarin, kolbasa, sosiska və rəfinə edilmiş digər ət məhsullarını”, - Mixail Qinzburq bildirib.
Nikita Xarlov isə Omeqa-3 və yağ turşuları ilə zəngin qidaları rasiona daxil etməyi məsləhət görür: yağlı dəniz balığı, kətan toxumu və zeytun yağı, tərəvəzlər, giləmeyvə, çox şirin olmayan meyvələr, şəkərsiz südlü içkilər, mürəkkəb karbohidratlar - qarabaşaq yarması, yulaf və kəpəkli çörək.
“Post-koronavirus sindromu sinir sistemi səviyyəsində meydana gəlir, odur ki, sinir sisteminə reabilitasiya yaxşı təsir göstərəcək. Qanda nə qədər sərbəst karbohidratlar varsa, beyin də bir o qədər hərəkətə gəlir və qoruyucu rejimə keçir”, - mütəxəssis izah edib.
Aytən Məftun
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı

















.jpg)


















