Sağlamlıq
Türkiyəli alimdən vaksin proqnozu
“Dünya koronavirusundan qorxaraq yaşamamalıdır. Covid-19 idarə oluna biləcək. Hazırda koronavirus daha idarə edilə bilən hala gəlib. Buna baxmayaraq, yeni normalara öyrəşməli olacağıq. Çünki bu virus illərlə bizimlə olacaq”.
Publika.az xəbər verir ki, bu sözləri “BioNTech”-in tibb üzrə baş direktor müavini Özlem Türeci Amerikanın CNBC kanalında “Conversation” verilişində deyib. Ekspert bildirib ki, virusun yeni mutasiyaları ortaya çıxmağa davam edəcək:
“BioNTech olaraq yeni variantları daim qiymətləndiririk, hələ yeniləri də yaranacaq. Üçüncü doza vaksin hazırda aktiv olan variantlara qarşı immun reaksiyanı artırır və qoruma təmin edir. Biz nəzarət qurumları və təşkilatlarla işləyirik. Yeni variantlara qarşı hazır və sürətli olmalıyıq. Lakin epidemiyanın gedişi üçün daha çox məlumat lazımdır. Amma belə görünür ki, hər 12 və ya 18 aydan bir koronovirusa qarşı vaksinasiya təkrarlana bilər”.
Alim qeyd edib ki, “Oxford” və “AstraZeneca” peyvəndlərinin hazırlanmasında qadınlar yaxından iştirak edir: “Cins balansı elmdə çox vacibdir. “BioNTech”-in müvəffəqiyyətini şərtləndirən amillərdən biri də budur. İşçilərimizin demək olar ki, yarısı qadınlardır və rəhbər vəzifələrdə çalışırlar. Ancaq onu da qeyd edim ki, komandamıza xanımları yalnız cinsiyyət kvotasını doldurmaq üçün işə götürmürük. Tamamilə təbii seçirik və işçilərimizin yarısı qadınlardır”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
