Sağlamlıq
Soyuq əllər bu ciddi xəstəliklərin əlaməti ola bilər - XƏBƏRDARLIQ
Soyuq əllər sağlamlıqla bağlı problemlərin yarandığından xəbər verə bilər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı damar həkimlərinin və damar cərrahlarının birgə rəyində bildirilir.
"Əgər bir adam soyuq əllərdən narahatdırsa, problemin səbəbini öyrənmək lazımdır. Bəzi hallarda soyuq əllər fizioloji normadır, məsələn, ilin soyuq havalarında və ya aşağı hava temeperaturunda.
Ancaq əllər mövsümdən və otaq temperaturundan asılı olmayaraq soyuq olarsa, bu, bəzi sağlamlıq problemlərinə işarə edə bilər", - mütəxəsislər bildiriblər.
Qeyd olunur ki, soyuq əllər ateroskleroz və diabet kimi ciddi xəstəliklərin əlaməti ola bilər. Bundan əlavə, bu simptom tiroid xəstəliyini və digər hormonal pozğunluqları göstərə bilər. Soyuq əllər raynaud xəstəliyində, əl və ayaqların qan tədarükü pozulduqda da müşahidə edilə bilər. Bu problemlə siqaret çəkənlər və aşağı təzyiqli xəstələrin də qarşılaşma ehtimalı var.
"Səbəblər çox ola bilər və belə bir problemi olan bir insana kömək etmək üçün əvvəlcə zərərli vərdişlərdən imtina etməyi, həyatda fiziki aktivliyi və idmanı artırmağı, həkimlərin tövsiyələrini dinləməyi, qan təzyiqini və xolesterol səviyyənizi mütəmadi olaraq yoxlamağı məsləhət görürük", - yayımlanan birgə rəydə tövsiyə olunur.
Hüseyn
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı



























.jpg)
.jpg)






