Sağlamlıq
Dişlərinizə qayğı göstərməsəniz... - XƏBƏRDARLIQ
Apardığım laboratoriya tədqiqatından belə qənaətə gəldim ki, ağız boşluğuna implantlar qoyulduqda, ortodontik breketlər taxılanda, diş əti problemləri artdıqda, dişlər 3 gün fırçalanmayanda birləşən müxtəlif bakteriya növləri nisbətinin qəfil dəyişməsi bir sıra xəstəliklərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri türk stomatoloq İlkər Ərdoğan deyib.
O bildirib ki, bu problemlərin qarşısını almağın ən asan yolu gündəlik diş ipindən istifadə etmək, gündə ən azı 2 dəfə dişləri fırçalamaq və ən çox 6 aydan bir diş həkiminə müraciət etməkdir: "Tez-tez istifadə etdiyiniz ağız qarqaraları apteklərdə reseptsiz satılsa da, həkim nəzarətində istifadə etmək faydalı olacaq. Həddindən artıq istifadə zərərlidir. Həmçinin bu, qan təzyiqi problemi olan xəstələrdə faydalı bakteriyaların zədələnməsinə, dilin və dişlərin rənginin dəyişməsinə, dad itkisinə və müxtəlif problemlərə səbəb ola bilər".
Həkim qeyd edib ki, dişlərin fırçalanmaması, ağız boşluğunun gigiyenasına riayət edilməməsi, qüsurlu protezlər, diş daşı, diş əti problemləri bakteriya sayını artırır: "Diş əti xəstəliyi mövcud sağlamlıq problemini daha da ağırlaşdıra və yeni sağlamlıq problemi yarada bilər. Dişinə, ağız boşluğuna düzgün qulluq etməyən insanların yaratdığı problemlər digər fərdlər tərəfindən asanlıqla müəyyən edilə bilər. Cəmi bir neçə gün fırçalanmayan dişlərdəki lövhələrin sarı rəngi kənardan aydın sezilir. Ağız qoxusu da davam edəcək. Bunun davamı diş lövhəsinin təsiri altında diş ətinin iltihabına və infeksiyasına səbəb olur".
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































