Sağlamlıq
Professordan ŞOK: “Pandemiyanın qarşısını ala bilməyəcək”
Vaksinlər təkbaşına pandemiyanın qarşısını ala bilməyəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “BioNTech”in qurucusu, professor Uğur Şahin Fransanın “Le Monde” qəzetinə müsahibəsində deyib.
Peyvəndin “omikron” variantına qarşı effektivliyindən danışan professor qeyd edib ki, Britaniya və Cənubi Afrikadan əldə edilən ilkin məlumatlara görə, üçüncü dozadan sonra vaksinlərin effektivliyi təxminən 70, ikinci dozadan sonra isə 20-40 faizdir:
“3 dozadan 3 ay sonra effektivliyin təxminən 25 faizə düşdüyünü irəli sürən araşdırmanın doğruluğunu qiymətləndirmək üçün əlimizdə daha çox məlumat olmalıdır. Lakin peyvəndlərin zamanla “omikron”a qarşı təsiri yox olacaq, bu, çox böyük ehtimaldır. Mən proqnozları ilkin laboratoriya məlumatlarına deyil, real həyat məlumatlarına əsaslandıracağam.
Aydındır ki, peyvəndlərin birinci virusa qarşı əldə etdiyimiz 95 faizlik effektivlikdən çox uzağıq. Ancaq üçüncü dozadan sonra peyvəndimiz hər cür xəstəliyə qarşı 70 və ya 75% qoruma təmin edir. Bu, ümumilikdə vaksin üçün hələ də yaxşı nəticədir.
3 dəfə peyvənd edilmiş insanlar da xəstəliyi keçirə bilər, odur ki, bu qış qoruyucu tədbirlərin davam etdirilməsinə ehtiyac var. “Omikron”a qarşı xüsusi bir peyvənd hazırlanır, “BioNTech” bu peyvəndi mart ayına qədər hazır etməyi planlaşdırır”.
Məlumat üçün bildirək ki, Böyük Britaniyanın “Mirror” qəzeti “omikron”un 5 yeni əlamətini açıqlayıb:
Boğazda qaşınma hissi
Quru öskürək
Həddindən artıq gərginlik
Yüngül əzələ ağrıları
Gecə tərləməsi
Aytən Məftun
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


