Sağlamlıq
Qarın yağları yandırmağın üç yolu
Britaniyalı dietoloq Maykl Mosley qarın yağını yandırmağın ən təsirli üç yolunu açıqlayıb.
Publika.az xarici mətbuata istinadən yazır ki, dietoloqun sözlərinə görə, qarın yağının haradan gəldiyini anlamaq üçün insulinin necə işlədiyini başa düşmək lazımdır. O izah edib ki, qanda şəkərin səviyyəsini sabit saxlamaq üçün yeməkdən sonra orqanizm insulin hormonu istehsal edir. Hormon həm də karbohidrat mübadiləsini tənzimləyir, zülal və karbohidrat mübadiləsində iştirak edir. Ancaq yaşlandıqca insulin istehsalı pozula bilər və bu, çəki artımına və qarın nahiyəsində piylərin əmələ gəlməsinə səbəb ola bilər.
Artıq qarın piyindən xilas olmaq üçün dietoloq şəkər və sadə karbohidrat qəbulunu azaltmağı, fasiləli oruc tutmağı və yüksək intensivlikli məşqlər etməyi məsləhət görüb. Mosley tərkibində beş faizdən çox olmayan şəkərli qida və içkilər seçməyi tövsiyə edib.
Həkim fasiləli orucun maddələr mübadiləsini sürətləndirməyə kömək edəcəyini izah edib.
“Təkcə məşq qarın ortasında inadkar piyləri əritməyə kömək etməsə də, yenidən piylənmə riskinin azaldılmasında, həmçinin qanda şəkərin aşağı salınmasında və insulinə həssaslığın yaxşılaşdırılmasında mühüm rol oynaya bilər”.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı












.jpg)





.jpg)

















