Sağlamlıq
Myasnikovdan XƏBƏRDARLIQ: spirtli içkidən baş ağrıyarsa...
Gecə yığıncağında spirtli içkilərin qəbulundun sonra səhər vaxtı baş ağrısına ağrıkəsici dərmanlar kömək etmir.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində bildirib.
Həkimin sözlərinə görə, analgetik maddələr heç bir fayda verməyəcək: əksinə, qaraciyər və mədəyə əlavə ziyan vuracaq.
O həmçinin qeyd edib ki, əgər insan həddindən artıq çox spirtli içki qəbul edibsə, "dərəcəni artırmamaq" və spirtli içkiləri qarışdırmamaq kimi məsləhətlər içkidən sonra baş ağrısına kömək etməyəcək.
Buna baxmayaraq, Myasnikov XX əsrin ortalarında kəşfiyyatçılar üçün yazılmış kitabdan öyrəndiyi bir üsulu paylaşıb.
"Orada qeyd edilib: spirtli içki veriləcəyi güman edilən məclisdə agentlə görüşə gedəndə bir qədəh Provans yağı içmək lazımdır", - deyən mütəxəssis əlavə edib ki, söhbət sərxoş olmamağa kömək edən zeytun yağından gedir.
Moskva Səhiyyə Departamentinin narkoloqu Yevgeni Bryun isə Yeni il bayramından bir gün sonra orqanizmin zəhərlənməsini azaltmaq üçün süd məhsulları, bulyonlar, şorbalar, şorabalar yeməyi, həmçinin şoraba suyunu içməyi tövsiyə edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


