Sağlamlıq
“Omikron” ağciyərləriniz üçün nə qədər təhlükəlidir? - Alimlər AÇIQLADI
“Omikron” variantı digər COVID-19 ştamları ilə müqayisədə ağciyərlərə daha az ziyan vurur.
Publika.az xəbər verir ki, bu barədə Vaşinqton Universiteti Tibb Məktəbi, Madisondakı Viskonsin Universiteti və Tokio Universitetinin amerikalı və yapon alimlərinin tədqiqatının müvafiq ilkin nəticələri “Research Square” nəşrində dərc olunub
Tədqiqatçılar siçanlar və hamsterlər üzərində apardıqları bir sıra təcrübələr nəticəsində belə qənaətə gəliblər. “Omikron”la yoluxmuş heyvanlar əksər hallarda xəstəliyin daha yüngül simptomlarını yaşayıblar və arıqlama ehtimalı daha az olub.
Daha əvvəl Kembric Terapevtik İmmunologiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri bildirmişdilər ki, “omikron” ştamı ağciyər hüceyrələri üçün “delta” və digər ştamlar kimi təhlükəli deyil.
“The Telegraph” Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçılarına və onların Pretoriya Universitetindən olan həmkarlarına istinadən yazıb ki, koronavirusun “omikron” ştamı əvvəlkilərlə müqayisədə 75% aşağı ölüm nisbətinə malikdir. Tədqiqatçıların fikrincə, tezliklə epidemiyaya son qoyacaq və endemik fazaya gətirib çıxaracaq “xəstəlik və ölüm göstəricilərinin tam ayrılması” baş verəcək.
Yeni B.1.1.529 ştamı noyabrın 20-sində Botsvana və Cənubi Afrikada aşkar edilib. Tərkibində patogenin hüceyrələrə yoluxması üçün lazım olan S-zülalında onlarla mutasiya var. Ehtimal olunur ki, B.1.1.529 əvvəlcə immun çatışmazlığı olan bir şəxsdə - QİÇS xəstəsində və ya HİV-ə yoluxmuş şəxsdə inkişaf edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) B.1.1.529-u “narahatlıq doğuran” variant olaraq təyin edib və yunan əlifbasına uyğun olaraq “omikron” adlandırıb. Mütəxəssislər hesab edir ki, artıq xəstələnmiş və peyvənd olunan şəxslər yoluxa bilər və simptomlar yorğunluqdan tutmuş baş və bədən ağrılarına qədər dəyişir.
Akqabay
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































