Sağlamlıq
Ürək hansı yaşda qocalır? - Məşhur cərrah açıqladı
Ürəyin təbii qocalığı təxminən 75 yaşdan sonra başlayır və tədricən inkişaf edir. Bunu Bakulev adına Milli Tibbi Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya deyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur cərrah həssas insanların başqaları haqqında tez-tez narahat olması səbəbindən ürək-damar xəstəliklərinə daha çox meyilli olması barədə mifi şərh edib. Bokeriya bunun yalan olduğunu bildirib.
“Bir daha deyim ki, aorta qapağının təbii qocalması haradasa 75 yaşdan sonra baş verir. Dərhal yox, 10 il ərzində, yəqin ki, sonra bu qapaq dəyişdirilməlidir”, - RİA Novosti Leo Bokeriya açıqlamasında deyib.
Həkim onu da qeyd edib ki, COVİD-19 olanlara tənəffüs əzələlərini bərpa etmək üçün hər saat 15 dəqiqə ucadan oxumaq faydalı olacaq.
“Mənim bir üsulum var, bir çox dostlarıma, tanışlarıma xəstələnəndə hər hansı mətni 15 dəqiqə ucadan oxumağı tövsiyə etdim", - Bokeriya RİA Novosti-ya müsahibəsində deyib.
Həkim izah edib ki, koronavirusdan sonra tənəffüs əzələlərinin, o cümlədən qabırğaarası əzələlərin yaxşı işləməsi çox vacibdir. Bokerianın sözlərinə görə, bu üsuldan daha təsirli bir şey təklif edilə bilməz.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































