Sağlamlıq
Beyin funksiyasını gücləndirən qidalar
Diyetoloq Sofiya Litoşenko beyin funksiyasını gücləndirən qidaları açıqlayıb.
Publika.az">Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bu məhsullar arasında qozun xüsusi yeri olduğunu deyib.
“İnsan beyni demək olar ki, 60% yağdan ibarətdir. Beynin tam işləməsi üçün yağ turşularının ən zəruri elementlərdən biri olduğuna dair sübutlar var. Eyni zamanda hələ ana bətnində olduğu andan başlayaraq insan beyninin inkişafı üçün Omeqa-3 yağ turşuları xüsusilə vacibdir”, - mütəxəssis xatırladıb.
Sofiya Litoşenkonun sözlərinə görə, Omeqa-3 yağ turşularının birbaşa insan beyninin quruluşuna və funksiyasına təsiri araşdırmalarda sübut olunub. Bundan başqa, Omeqa-3 demensiya və Altsheymer xəstəliyinin qarşısının alınmasında böyük rol oynayır. Həmçinin bitki tərkibli qidalarda olan sağlam doymamış yağlar da faydalıdır.
“Omeqa-3 yağlarının tərkibinə bir neçə doymamış yağ turşuları daxildir. Onlardan əsası qidalardan aldığımız alfa-lipoik turşudur. Yeri gəlmişkən, bu, çia toxumunda, kətan toxumunda, qozda olur. Eikosapentaenoik və dekosaheksaenoik turşular yalnız balıqdan əldə edilə bilər, balıqlar isə onları dəniz yosunlarından əldə edir”, - S.Litoşenko bildirib.
Diyetoloq rasiona sağlam doymamış yağ tərkibli fındıq və avokado daxil etməyi tövsiyə edib. Trans yağların həddindən artıq istifadəsi isə məsləhət görülmür.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)