Sağlamlıq
Dünyanı gözləyən təhlükə
Uhan Universitetinin bioloqları bildirib ki, Cənubi Afrika Respublikasında Yaxın Şərq qızdırmasının törədicisi MERS-CoV-un yaxın qohumu olan NeoCov potensial təhlükəli yarasa koronavirusu aşkar edilib.
Publika.az">Publika.az xəbər verir ki, “bioRxiv” portalında dərc edilən araşdırmaya görə, bu virus yalnız yarasaların özləri üçün təhlükəli olsa da, genomda yalnız bir mutasiyanın baş verməsi bəşəriyyət üçün yeni təhlükə yaratmağa kifayət edir.
Mütəxəssislərin fikrincə, virusun insan orqanizmi ilə qarşılıqlı əlaqədə olması üçün müəyyən mutasiya lazımdır. Bununla belə, ekspertlər bir çox cəhətdən NeoCov-un təbiətinin hələ də müəmmalı olduğunu vurğulayıblar.
Çin alimləri izah ediblər ki, NeoCov sahibinin ağciyər hüceyrələrinə COVID-19-un törədicisi olan SARS-CoV-2 koronavirusu ilə eyni modeldən istifadə edərək daxil olur. Uhandan olan bioloqların fikrincə, onların insanlara yoluxma potensialını nəzərə alaraq bu virus qrupunun yayılmasını diqqətlə izləmək lazımdır.
Xatırladaq ki, Britaniyanın Kolumbiya Universitetinin kanadalı alimləri SARS-CoV-2 “omikron” koronavirus ştamının sünbül zülalının dünyada ilk struktur analizini aparıblar və mutant virusun insan hüceyrələrinə yapışdığını göstərə biliblər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe isə etiraf edib ki, COVID-19 pandemiyası “omikron” ştamından sonra bitə bilər. Onun sözlərinə görə, Avropada “omikron”a yoluxma hallarının kəskin artması dövrü keçdikdən sonra qlobal immunitet yaranacaq.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


