Sağlamlıq
QİÇS-ə qarşı hazırlanmış peyvəndin insanlarda sınaqlarına başlanıldı
Amerikanın biotexnologiya şirkəti "Moderna" və Beynəlxalq QİÇS Peyvəndi Təşəbbüsü QİÇS-ə qarşı mRNA texnologiyası ilə hazırlanmış peyvəndin insanlarda sınaqlarına başladıqlarını açıqlayıb.Publika.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Bildirilib ki, Faz1 tədqiqatı ABŞ-da HİV-neqativ olan 56 sağlam yetkin şəxs üzərində aparılacaq.Onilliklər ərzində aparılan araşdırmalara baxmayaraq, elm adamları hər il minlərlə insanın ölümünə səbəb olan QİÇS-ə qarşı peyvənd hazırlaya bilməyiblər. Bununla belə, rekord müddətdə hazırlanmış COVID-19 peyvəndində istifadə edilən mRNA texnologiyası ümidləri artırıb."Moderna" şirkəti tərəfindən sınaqdan keçirilmiş peyvəndin məqsədi QİÇS-ə səbəb olan HİV virusu variantlarına qarşı spesifik anticisim (bnAb) istehsal etməkdir. Peyvənd immunitet sistemimizin bir hissəsi olan B hüceyrələrinə bu antikorları istehsal etməyi öyrətməyi hədəfləyib.Klinik sınaqlar immun cavabı işə sala bilən immunogenlərin iki ayrı inyeksiyasını sınaqdan keçirəcək."Moderna" klinik tədqiqatlar haqqında verdiyi açıqlamada hazırlanan peyvəndin ilk məqsədinin “bnAb” antikorlarının istehsalı olduğunu və bunun ilk addım olduğunu qeyd edib.Klinik tədqiqatlara rəhbərlik edən Deyvid Dimer immunitet sisteminə bu şəkildə "kömək etmək" üçün digər immunogenlərin lazım olacağını bildirir və o, bu "gücləndirici birləşmənin" HİV peyvəndi üçün əsas element ola biləcəyini düşünür.Testlərdə istifadə edilən immunogenlər Bill və Melinda Qeyts Fondu və ABŞ Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIAD) dəstəyi ilə "Moderna" və "Scripps" Araşdırma İnstitutu tərəfindən hazırlanıb.“BioNTech”in yaradıcılarından Uğur Şahin və Özlem Türeci son aylarda “euronews”a verdiyi müsahibədə QİÇS-ə qarşı peyvənd üzərində çalışdıqlarını bildiriblər.Oxumağa davam et
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
