Sağlamlıq
Ürək cərrahiyyəsində İNQİLAB
Almaniyanın Lüdviq-Maksimilian Universitetinin alimləri klonlaşdırılmış donuzlardan xüsusi cins hazırlayırlar, lazım gələrsə, onun ürəyi insana köçürülə bilər.
Publika.az “TRT World”ə istinadən xəbər verir ki, belə heyvanların ilk nəsli bu il doğulacaq.
Alimlər artıq ölümcül xəstə üzərində belə əməliyyatlardan birini həyata keçiriblər, lakin onlar heyvanların ürəklərinin insan orqanizmi tərəfindən daha təbii şəkildə qəbul edilməsi üçün cinsi dəyişməyi planlaşdırırlar.
Epidemioloq, tibb elmləri doktoru Gennadi Onişşenkonun sözlərinə görə, dünyada transplantasiyaya uyğun ürəklərin axtarışı və daşınması üzrə qlobal şəbəkə mövcuddur: “Bu məsələdə orqanın lazımi yerə çatdırılması ilə yanaşı, uyğunluq da önəmlidir. İndi bu, problemli bir sahədir, çünki uyğun ürəklər kifayət deyil. Burada etik amil də mühüm rol oynayır. Bir qayda olaraq, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənclərin ürəkləri belə əməliyyatlar üçün uyğundur”.
“İndi biz sinetik biologiyanın yaranması dövründən danışırıq. Bu istiqamətdə daha cəsarətli bir addım transplantasiyaya ehtiyacı olan zəif diferensiallaşdırılmış insan hüceyrələrindən ürəyin yetişdirilməsidir. Əgər donuz ürəklərindən istifadə edə bilsək, hər şey daha asan və daha ucuz olacaq, eyni zamanda daha çox xəstənin həyatı xilas ediləcək”, - Gennadi Onişşenko “Riafan”a müsahibəsində bildirib.
Alimlər ürəyi insanlara uyğun olan donuzları yetişdirməyi bacarsalar, bu, transplantologiyada əsl inqilab olacaq. Bununla belə, tədqiqatçılar bütün insanlara uyğun orqanlar əldə etməlidirlər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





