Sağlamlıq
COVID-19-dan sonra həmişəlik qalır
İnfeksion xəstəliklər üzrə həkim Yelena Meskina “Вечерней Москвой” nəşrinə müsahibəsində COVID-19-dan sonra müalicəsi mümkün olmayan və əbədi olaraq qalan xəstəlikləri açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, koronavirusa yoluxmuş insanların şəkər xəstəliyinə tutulmaq riski meydana gəlir. Mütəxəssisin sözlərinə görə, son laborator tədqiqatlar göstərib ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin 15 faizində əsas nəticələrdən biri birinci və ikinci növ şəkərli diabetdir. Eyni zamanda onlardan ikisinin orqanizmində artıq patogeni var idi və COVID-19 onun erkən üzə çıxmasına təkan verir. Xəstələrin qalan 13 faizi isə ilk dəfədir ki, diabetlə qarşılaşır.
Meskinanın sözlərinə görə, bir çox xəstələrdə koronavirus infeksiyası fibroza çevrilərək pnevmoniyaya səbəb olur. Nəticədə, ağciyər toxuması çapıqlarla örtülür, bəziləri əbədi olaraq qalır. Həmçinin bəzi xəstələrdə tiroidit inkişaf edir - tiroid vəzinin iltihabı tez bir zamanda xroniki bir mərhələyə çevrilə bilər.
Bundan əlavə, Meskina ürək əzələlərinin iltihabını, infarkt və insultun artmasını COVID-19-un nəticələri adlandırıb. Həkim vurğulayıb ki, bu fəsadlar post-COVID sindromunun inkişafı zamanı yarana bilər, ona görə də sağlamlıqla bağlı şikayətlər olmasa belə əlavə müayinələrdən keçməyə dəyər.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı

















.jpg)


















