Sağlamlıq
Süd məhsullarını yemək üçün ən optimal vaxt
Bağırsaq mikroflorasını normallaşdırmaq üçün müəyyən bir zamanda fermentləşdirilmiş süd məhsulları qəbul edilməlidir.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində tibb elmləri namizədi, diyetoloq Andrey Bobrovski deyib.
Mütəxəssisin sözlərinə görə, bifidobakteriyalardan maksimum fayda əldə etmək üçün mayalanmış süd məhsullarını acqarına qəbul etmək son dərəcə vacibdir. O bildirib ki, fermentləşdirilmiş süd məhsullarını yedikdən sonra ən azı saat yarım keçməlidir.
Eyni zamanda Bobrovski qeyd edib ki, təbii probiotikin müsbət təsirini hiss etmək üçün ən azı 2 həftə ərzində fermentləşdirilmiş süd məhsullarından istifadə etmək lazımdır.
Həkim əlavə edib ki, fermentləşdirilmiş süd məhsullarının ən böyük faydası onların orqanizm üçün mühüm əhəmiyyət kəsb edən amin turşularının tədarükçüsü olmasıdır. Bundan əlavə, belə məhsullar sümükləri gücləndirən kalsiumla zəngindir.
Bobrovski insan orqanizminin bu maddələri istənilən vaxt qəbul edə biləcəyini vurğulayıb.
Yekun olaraq, diyetoloq gündə orta hesabla 1-2 stəkan kefir tövsiyə edib. Eyni zamanda Bobrovski yağ tərkibi təxminən 2,5% olan məhsullar seçməyi məsləhət görüb.
Məlumat üçün bildirək ki, diyetoloq Anna Lisenko hər kəsi süd məhsullarından imtina etməyə çağırmışdı. O, öz mövqeyini bu cür yeməklərin assimilyasiya prosesi, eləcə də hazırlanma üsulu ilə izah edib.
Diyetoloqun sözlərinə görə, mal-qaraya hormonlar verilir ki, bu da faydalı deyil.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı












.jpg)





.jpg)

















