Sağlamlıq
Yaşlı insanlar üçün zərərli məhsul açıqlandı
Qreypfrutun tez-tez istifadəsi yaşlılar üçün ölümcül ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına müsahibəsində diyetoloq Yelena Solomatina danışıb.
Həkim izah edib ki, qreypfrut və onun şirəsi antihipertenziv və bəzi digər dərmanlarla birləşdirilməməlidir, çünki bu, ürək çatışmazlığına səbəb ola bilər. Həmçinin həkim qeyd edib ki, çox duzlu qidaların istifadəsi infarkt, insult və ölümlə nəticələnə bilən hipertoniyaya səbəb ola bilər. Diyetoloq peçenye və digər qənnadı məmulatlarından da imtina etməyi tövsiyə edir:
“Göyərtidən də sui-istifadə etməməlisiniz, onlardakı K vitamini qanın laxtalanmasını artıra bilər. Ancaq heyvan mənşəli məhsulları istisna etməyə dəyməz. Ətdən imtina bədəndə B12 vitamini çatışmazlığına səbəb ola bilər. Bu elementin olmaması sinir sisteminin pozulmasına - koordinasiya pozğunluğuna gətirib çıxara bilər, bunun nəticəsində yıxılmaq və zədələnmə ehtimalı yüksəkdir”.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)