Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDI
Bizi izləyin

Sağlamlıq

Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDI

Karantin qaydalarının yumşaldılması fonunda peyvəndlənmə dayandırılmalıdır. Azərbaycanda kollektiv immunitetin yaranması qənaətindəyəm. Hesab edirəm ki, artıq vaksinasiya prosesi ləngiməlidir.

Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib.

Həkim bildirib ki, artıq kifayət qədər peyvəndlənmə həyata keçirilib:

src="/storage/files/upload/a9387b50b26e9c58a8643bf3d8524a2156bd2b9b.jpg" style="width: 644px; height: 571.422px;" class="fr-fic fr-dib">

“Təəssüflər olsun ki, peyvəndlənmədə xeyli yalançı qeydiyyatlar da var. Bununla yanaşı, prosesi artıq durdurmaq lazımdır. Mümkün qədər izahat işi aparmaq lazımdır ki, əgər hər hansı bir səbəbdən situasiya gərginləşərsə, karantin qaydaları yenidən sərtləşdirilə bilər.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirdilər ki, bu qərarı Operativ Qərargah verə bilər.

src="/storage/files/upload/512a51b9c77172528adad990cead4bfa230768ce.jpg" style="width: 647px; height: 420.55px;" class="fr-fic fr-dib">

Mövzu barədə açıqlama verməkdən imtina edən həkimlərin bir çoxu o fikirdədir ki, bu, TƏBİB, Səhiyyə Nazirliyi və Operativ Qərargahın vəziyyəti analiz etdikdən sonra verəcəyi birgə qərardan sonra qəbul ediləcək.

src="/storage/files/upload/c4eab958fa481db0a57262a49c4c6e81b5226e25.jpg" style="width: 648px; height: 464.085px;" class="fr-fic fr-dib">

TƏBİB isə sorğumuza cavab olaraq bildirdi ki, ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Xəstələnmə və stasionar müalicəyə ehtiyac yaranan hallar kifayət qədər azdır: “Məlumdur ki, pandemiya qlobal prosesdir, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunub. Bu baxımdan dünyada baş verən hadisələr daim izlənilir. Hazırda dünyanın bəzi ölkələrindəki proseslər də qiymətləndirilir, ümumi gedişat analiz edilir. Pandemiyanın aqibəti haqqında qlobal qərarlar ÜST tərəfindən qəbul edilir. Ölkəmizdə bildiyiniz kimi, gündəlik yoluxma sayında azalma müşahidə olunur”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədə keçirilən illik toplantısında bildirib ki, dünyada koronavirus pandemiyası davam edir və aşağı gəlirli ölkələrdə insanlar peyvəndin əhatə dairəsinin aşağı olması səbəbindən koronavirusa yoluxmağa davam edir.

src="/storage/files/upload/ec52940fc42b5074be1dc73b54c9f382dc482a2e.jpg" style="width: 729px; height: 485.646px;" class="fr-fic fr-dib">

“COVID-19 pandemiyası qətiyyən bitməyib. Təhlükə və risklərə əsasən sayıqlığımızı azaldırıq. Testdən imtina və ardıcıllığın olmaması o deməkdir ki, biz virusun təkamülünü hiss etmirik”, - “Associated Press” ÜST direktorunun sözlərindən sitat gətirib. Qebreyesus qeyd edib ki, əldə edilmiş irəliləyişlərə və dünya əhalisinin 60 faizinin peyvənd olunmasına baxmayaraq, koronavirus pandemiyası virus hər ölkədə məğlub olana qədər bitməyəcək. Onun sözlərinə görə, ən az peyvənd əhatəsinə malik qitə olan Afrikada koronavirusdan ölənlərin sayı artmaqdadır. Yalnız 57 ölkə əhalisinin 70 faizini peyvənd edib.

“Qlobal peyvənd təchizatı yaxşılaşsa da, bəzi ölkələrdə vaksinin paylanması üçün kifayət qədər siyasi öhdəlik yoxdur, digərlərində isə əməliyyat və ya maliyyə imkanlarında boşluqlar var. Ümumiyyətlə, biz peyvəndlə bağlı yanlış məlumat və dezinformasiyanın səbəb olduğu qərarsızlığı görürük. Lakin biz buna son qoya bilərik”, - ÜST rəhbəri bildirib.

Məlumat üçün bildirək ki, xarici KİV-lərin yazdığına görə, Qebreyesusun bu həftə ikinci beşillik müddətə ÜST-nin baş direktoru təyin ediləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm