Sağlamlıq
Meymunçiçəyindən sonra dəri bərpa olunur?
Çiçək və ya meymunçiçəyi xəstəliyindən sonra dərin çapıqları aradan qaldırmaq illər çəkə bilər, lakin hər şey xəstəlikdən sonra dərinin zədələnmə dərəcəsindən asılıdır.
Publika.az xəbər verir ki, bu barədə kosmetoloq-dermatoloq Natela Qrişina Ura.ru saytına müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, bu xəstəlik insanları çox eybəcərləşdirir. Müasir kosmetologiyanın yüksək texnologiyalı üsullarına baxmayaraq, çiçək xəstəliyindən sonra çapıqlar və digər izlər bir anda silinmir.
“Bunlar müəyyən bir reabilitasiya, uzunmüddətli bərpa dövrü tələb edən prosedurlardır, çünki xəstəlikdən sonra dərinin zədələnməsi çox dərin olur. Bəzən korreksiya illərlə uzanır”, - Qrişina izah edib.
Kosmetoloq həmçinin xəbərdarlıq edib ki, ultrabənövşəyi şüalanmanın artdığı dövrdə belə prosedurlar həyata keçirilə bilməz. Odur ki, bu cür xəstəliklərdən ehtiyatlı olmaq və epidemiya baş verən bölgələrə səfər etməkdən çəkinmək vacibdir. Və bu, əsasən, 1980-ci ildən sonra doğulanlara aiddir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova saytımıza açıqlamasında xəstəliyin çox qaşıntılı olduğunu bildirmişdi. “Səpgilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur”, - həkim xüsusi vurğulamışdı.
Məlumat üçün bildirək ki, meymunçiçəyi adətən ilk simptomlardan bir-beş gün sonra görünür. Səpgilər adətən üzdən başlayır, sonra bədənin digər hissələrinə yayılır. Səpgilər 95% hallarda üzdə, 75% ovuc və dabanda, 70% ağızda, 30% cinsiyyət orqanında, 20% gözdə olur.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin























.png)










.jpg)
.jpg)