Sağlamlıq
Övladlarını dənizə aparan valideynlərə XƏBƏRDARLIQ
Dəniz kənarı sadəcə bol D vitamini deməkdirmi? Hovuz dənizi əvəz edə bilərmi? Əlbəttə, yox! Dəniz kənarı elə bir yerdir ki, burada dörd həyat ünsürü birləşir: od (günəş), torpaq, su, hava. Bu dörd element kainatın, insanın özünün təməl elementləridir.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib.
Həkim bildirib ki, insan ən böyük enerjini təbiətdən alır:
“Biz insan olaraq əslində bir enerji kütləsiyik. Kainatdan, qidadan aldığımız enerjini ətrafımıza, digər insanlara, təbiətə ötürə bilirik. Təbiətdə baş verən enerji dönüşümünün bir hissəsiyik əslində. Biz də, uşaqlarımız da. Əvvəllər uşaqlar bulaq başında, arx kənarında oynayardı, su daşıyıb islanardı, ayaqyalın gəzərdi, ağaclarda dolaşardı. İndi də kənd yerlərində müəyyən dərəcədə belədir. Amma indi analar çox mühafizəkar olub: çıxma, yıxılarsan, suya girmə soyuqlayarsan, ayaqyalın gəzmə və s. Şəhər uşaqları, elə biz böyüklər də torpaqla, metalla, daşla təmassız, daha çox karton, plastik əşyalara toxunaraq yaşayırıq. Bədənimizdəki enerji dönür-fırlanır yenə özümüzdə qalır, yeni enerji alırıq və blokajlar yaranır. Nəticədə halsız, depressiv, ya da aqressiv oluruq. Bu, uşaqlara da aiddir. Orqan və sistemlərimizin işləməsində düzənsizlik baş verir.
Dəniz kənarı sadəcə günəşin vitamin D-si, dənizin mineralları, havadakı mehin sərinliyi ilə qumun istiliyinin kontrastı deyil. Dəniz kənarı dörd element deməkdir. İnsanların haqlı olaraq ora can atması, orada dinclik araması doğrudur. İnsanları çəkən oradakı istirahət obyektləri deyil, elə bu dörd ünsürdür.
Nə qədər ki, günəş başımızın üstündə imkan verir, biz, ya da uşağımız ayağımızı yalın edək, torpağa basaq! Nə qədər ki, dəniz bizi üşütmür, bu fürsətdən tez-tez istifadə edək. Qışda yenə viruslar, dərs yükü, tıxaclar və stress olacaq. Dəniz istirahəti yarımçıq qalmasın deyə uşaqlara çimərkən su içməməyi tapşırmaq lazımdır. Çünki dəniz suyu ilə yoluxa biləcəkləri infeksiyalar mədə-bağırsaq pozulmasına gətirə bilər. Günəş kreminə gəlincə, uşaqların dəri problemi yoxdursa, (vitiliqo, albinizm) lazım deyil”.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
















.jpg)























