Sağlamlıq
Meymunçiçəyinin Azərbaycanda yayılmaması üçün... - Həkim
Yoluxucu xəstəliklərin qarşısını almaq üçün 100 faizlik üsul yoxdur. Amma profilaktika üçün transsərhəd keçid zonalarında nəzarət, eyni zamanda əhali arasında təbliğat gücləndirilməli, insanlar məlumatlı olmalıdır. Hər hansı narahatlıq yarananda dərhal həkimə müraciət edilməli, əgər yoluxma qeydə alınarsa, müəyyən xəstəxanalar və şöbələr buna hazır olmalıdır.
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla meymunçiçəyinin ölkəmizə keçidinin qarşısının alınması yolları barədə danışarkən deyib.
Ekspert bildirib ki, qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir:
“İlk işlər profilaktik istiqamətdə, sonrakı hazırlıqlar isə müalicə istiqamətində olmalıdır. Bundan başqa Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilməlidir. Əlbəttə ki, mərhələ-mərhələ bu tövsiyələr dəyişə, müəyyən dövrdə vaksinasiya da ortaya çıxa bilər. Amma bu gün dünyanın xəstəliklərə nəzarətlə bağlı profilaktika mərkəzləri bu işə ciddi nəzarət edir və infeksiyanın lokallaşdırılması üçün çalışırlar. Bütün hallarda biz ən pis ssenarini gözə almalıyıq ki, infeksiya aşkar edildiyi təqdirdə onun maksimum lokallaşdırılmasına nail olaq. Əgər xəstəlik geniş yayılarsa, gələcəkdə 42 yaşdan aşağı əhalinin vaksinasiya məsələsini nəzərdə tutmalıyıq. Bir sözlə, situasiyaya uyğun davranmalıyıq”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































