Sağlamlıq
Bu növ ətdən imtina edənlər daha uzun yaşayır - TÖVSİYƏ
Pediatr-immunoloq Andrey Prodeus Birinci Kanalda yayımlanan “Sağlam yaşa” verilişinin efirində bildirib ki, kolbasa və sosiska kimi rəfinə edilmiş ətdən imtina ömrü uzadır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, buraya bütün kolbasalar, sosiska, sardelka, servlelatlar, karbonadlar, ət konservləri, bir sözlə rəfinə edilmiş hər şey aiddir.

İmmunoloq bildirib ki, bir insan emal olunmuş ət yeyəndə qanda təzyiq səviyyəsi yüksəlir, çünki bu qrup məhsullarda çox miqdarda duz var. Həkim onu da əlavə edib ki, kolbasalardan həddən artıq istifadə nəticəsində arterial hipertenziya və ya hipertoniya meydana gələ bilər.
"Gündə 50 qramdan çox yarımfabrikat ət yeyənlərdə bağırsaq xərçəngi riski bu qida qrupunu istehlak etməyənlərə nisbətən 18 faiz daha yüksəkdir. Kolbasa və sosiskaların tez-tez istifadəsi digər təhlükəli nəticəsi orqanizmdə sidik turşusunun yüksək olması səbəbindən yaranan gut xəstəliyinin inkişafıdır. Bu insanlar şiddətli ağrı sindromları yaşayırlar", - Andrey Prodeus yekunda bildirib.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)