Sağlamlıq
Qarındakı piylərdən xilas olmağın yolları
Qidalanma mütəxəssisi, diyetoloq, Milli Dietoloqlar və Diyetoloqlar Assosiasiyasının üzvü Dariya Rusakova “Moskva 24” telekanalına müsahibəsində qarın piylərindən qurtulmağın yollarından danışıb.
Publika.az xəbər verir ki, diyetoloqun sözlərinə görə, hormonal disbalans qarın piylənməsinin başlıca səbəblərindən biridir:
“Bu həm kişilər, həm də qadınlar üçün problemdir. Əsas səbəblərdən biri hormonal balanssızlıqdır. Kişilərdə testosteron, qadınlarda estrogen çatışmazlığı. Artıq piylərdən xilas olmaq problemini kompleks şəkildə həll etmək daha yaxşıdır. Qadınlara ginekoloq və endokrinoloqa, kişilərə androloq-uroloqa müraciət etməyi tövsiyə edirəm. Əlavə edilmiş şəkər, tez həzm olunan karbohidratlardan qaçmaq lazımdır. Çox vaxt oturaq həyat tərzi, həddindən artıq karbohidrat məhsullar qəbul etmək qarında piylənmə ilə nəticələnir” , - Daria Rusakova bildirib.
Rasionu normallaşdırmaq üçün mütəxəssis kalori ehtiyacını hesablamağı məsləhət görür. Parametrlərinizə əsasən bunu sizin üçün edəcək mobil proqramlardan istifadə etmək kifayətdir. Həm də gündəlik fiziki fəaliyyətinizi artırmalısınız. Hər gün 20-30 dəqiqə idman etmək kifayətdir.
Mütəxəssis qeyd edir ki, qarın nahiyəsində piy yığılmasının qarşısını almaq üçün qarın əzələlərini gücləndirən məşqlər var. Amma bunları düzgün, təlimatçı ilə etmək lazımdır. Qarın nahiyəsində piylərlə mübarizə aparmaq çox çətin işdir: “Təbii məhsulların daxil edilməsi ilə gündə üç-beş dəfə az porsiyalar halında yeməklər yemək lazımdır: yağsız ət, balıq, süd məhsulları. Taxıl və kartof əvəzinə təzə tərəvəzlərdən və ya bişmiş tərəvəzlərdən salatlar hazırlayın”.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































