Sağlamlıq
Omikronun yeni əlaməti - YUXUDA HƏDSİZ TƏRLƏMƏ
Dünyada 6,3 milyondan çox insanın həyatına son qoyan koronavirusun mutasiyaya uğramış ştamlarının alt tip və variantları yayılmaqda davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər koronovirusun ən mutasiyaya uğramış alt variantı olan BA.5-in yeni simptomlarını açıqlayıb.
Biokimya professoru Luke O'Neill bildirib ki, Omikron variantı BA.5 alt tipinin yeni bir simptomu aşkar olunub və bu, həyat keyfiyyətinə mənfi təsir göstərir. Triniti Kollecinin professoru bu barədə İrlandiya mediasına danışıb. Koronavirusun dəyişdiyini deyən O'Neillinin sözlərinə görə, yeni yoluxanlarda əvvəllər qeydə alınmayan simptomlara rast gəlinir. O, hesab edir ki, virus immun sistemi ilə qarşılaşdıqdan sonra dəyişikliyə uğrayıb.
“BA.5 variantının digər əlaməti gecə yuxu zamanı həddindən artıq tərləmədir. Gecələr hamı tərləyir, lakin Omikron BA.5 variantına yoluxmuş insanlarda bu vəziyyət xeyli fərqlidir”, - ekspert qeyd edib.
İngiltərənin ictimai səhiyyə agentliyi NHS gecələr belə tərləmə yaşayan xəstələrin paltarlar və yataq dəstlərinin həddən artıq islandığını bildirib.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)