Sağlamlıq
Naməlum xəstəliyə yoluxan üç nəfər öldü
Tanzaniyada naməlum xəstəliyə yoluxan üç nəfər ölüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin tibb xidmətinin rəhbəri Ayfelo Siçvale məlumat yayıb. 11 nəfərin infeksiyaya yoluxduğunu deyən nazir hamını sakit olmağa çağırıb. O, bildirib ki, naməlum xəstəliyin əlamətləri olan insanlar dərhal həkimə müraciət etməlidirlər. Xəstələrdə Ebola və ya Marburq qızdırması, həmçinin koronavirus əlamətləri aşkar edilməyib.
REN TV-nin məlumatına görə, Tanzaniyanın Səhiyyə Nazirliyi yoluxmuş insanlarda qızdırma, şiddətli baş ağrıları, yorğunluq və burundan qanaxma olduğunu bildirib. Yerli həkimlər bildiriblər ki, xəstələrlə təmasda olanların hamısı müşahidə altındadır, lakin onların heç birində yoluxma əlaməti aşkar edilməyib.
Tanzaniya prezidenti Samiya Həsən Suluhunun sözlərinə görə, bu xəstəlik ətraf mühitin deqradasiyası və vəhşi heyvanların insan məskənlərinə yaxınlaşmasının nəticəsi ola bilər.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)