Sağlamlıq
Meymunçiçəyinə yoluxanın dəhşətli etirafı: “Hətta külək də ağrı verir”
Meymunçiçəyinə yoluxan amerikalı Uesli Uolles üzündəki və ağzının içindəki yaraların şiddətli ağrılara səbəb olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, dünyanın bir çox ölkələrində meymunçiçəyi xəstəliyindən əziyyət çəkən xəstələr yaşadıqları ağrı və çətinlikləri sosial mediada paylaşmağa və insanları maarifləndirməyə davam edir. ABŞ-ın Hyuston şəhərində yaşayan Uesli Uolles xəstəlik müddətində nələr yaşadığından danışıb.
“Çox çirkin virusdur, bu xəstəliyin yanından belə keçmək istəməzsiniz. Üzümdə sızanaq kimi səpgilər əmələ gəldi, sonra yaraya çevrildi, çox ağrıdır. Yara olduğu üçün toxuna bilmirəm, yatanda başımı yastığa qoya bilmirəm, çünki ağrıyır. Hətta açıq havada külək də məni incidir.
Xəstəlik getdikə ağırlaşır, ağzımda yara əmələ gəlib, hər qurtumda və hər dişləmdə canımı ağrıdır. Daha pisi odur ki, bu xəstəlik bütün bədənimə yayılır. İyulun 4-də bildim ki, meymunçiçəyinə yoluxmuşam. Əlimdə və qolumda səpgilər var”, - Uesli qeyd edib.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































