Sağlamlıq
Dünya ulduzlarının diyetoloqundan: arıqlamağın 4 QIZIL QAYDASI
Maykl Mosli Hollivud ulduzları da daxil olmaqla minlərlə insana arıqlamağa kömək edən 5:2 arıqlama sisteminin müəllifi, tanınmış diyetoloq və yazıçıdır.
Publika.az xəbər verir ki, həkim “MailOnline” üçün son köşə yazısında öz sisteminin dörd universal prinsipindən bəhs edib. Bu prinsiplər arıqlamaq və ya çəkisini stabil saxlamaq istəyənlər üçün bələdçi ola bilər.
Zərərli yeməklərdən qurtulun
Artıq çəkidən xilas olmağa qərar verənlər üçün Mosli bütün zərərli yeməkləri evdən çıxarmağı tövsiyə edir. Arıqlayanların mətbəx şkaflarında, soyuducularında çips, zərərli şirniyyat, xəmir və digər faydasız kalorilərə yer yoxdur. Maykl köşəsində yazır ki, ən birinci ətrafınızda sağlam qidalanmağı asanlaşdıran bir mühit yaratmalısınız.
Gündəlik tutun
Doktor Mosli gün ərzində yediyiniz hər şeyi - kağıza, telefonunuzdakı qeydlərə və ya xüsusi proqrama yazmağı tövsiyə edir. Bu yolla yediyiniz kalori miqdarına nəzarət edə bilərsiniz. Ekspertin fikrincə, nəticəni görmək, motivasiya əldə etmək və rasionu düzəltmək üçün mütəmadi olaraq həm də çəkinizi ölçməlisiniz.
Daha çox hərəkət edin
Həkimin sözlərinə göər, arıqlamaq üçün idman zalına getmək lazım deyil. İstənilən məşğuliyyət növü idmanı əvəz edə bilər, müntəzəm gəzinti, ev işləri, səhər yüngül gimnastikası və.s. Əsas odur ki, hərəkətsiz həyat tərzindən uzaq olun.
Sağlam düşüncəli və sağlam həyat tərzi sürən insanlarla dostluq edin
Doktor Mosli hesab edir ki, tək arıqlamaq o qədər də asan deyil. O, sizinlə həmfikir olan, sağlam qidalanan, bədəninin qayğısına qalan insanlar tapmağı məsləhət görür. Beləliklə, daha çox motivasiya olacaq və dəstək alacaqsınız, həm də öz məsuliyyətinizi hiss edəcəksiniz. Bu gün arıqlamağa çalışan qrupları sosial şəbəkələrdə tapmaq çox asandır.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































