Sağlamlıq
Xroniki baş ağrıları: səbəbləri və müalicə yolları
Miqren və baş ağrıları ilə effektiv mübarizə aparmaq üçün gündəlik düzgün rejimə riayət etməlisiniz.
Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına sefalqoloq, otonevropatoloq Anna Latsinova məlumat verib. Onun sözlərinə görə, söhbət təkcə yuxu rejimindən deyil, həm də iş, istirahət və yemək rejimlərindən gedir. Başağrısı "hücumlarının" gündəliyini tutmaq da faydalı olardı. Bu, baş ağrısına nəyin səbəb olduğunu anlamağa və ondan qirtulmağa kömək edəcək.
“Baş ağrısı stress, aclıq, yuxusuzluq və ya çox yatmaq, həmçinin havasız otaq, tez-tez yanıb-sönən işıq: ağacların arasında günəşin parıltısı, konsertdə pis səsləndirmə və s. səbəblərdən meydana gələ bilər. Bəzi qidalar və içkilər də "hücuma" səbəb ola bilər: sərt pendirlər, qırmızı və ya köpüklü şərablar və s.
Həddən artıq qəhvə içmək də təhlükəlidir, gündə dörd fincandan çox içməyin. Həmçinin tez-tez miqren və baş ağrılarınız olursa, fiziki fəaliyyətdən imtina etmək daha yaxşıdır, lakin ağrılar arasındakı fasilələrdə aerobik məşq, əksinə, tövsiyə olunur”, - ekspert qeyd edib.
Öz növbəsində, diyetoloq Yelena Solomatina da hesab edir ki, başağrısı ilə mübarizə məsələlərində rasiona diqqətlə yanaşmaq lazımdır. Ekspert “VM.ru”ya verdiyi müsahibədə izah edib ki, bəzi hallarda yemək hətta xəstəliyin öhdəsindən gəlməyə kömək edə bilər. Məsələn, təzyiqiniz aşağı düşəndə, başınız ağrıyanda xiyar turşusu faydalı qidadır.
“Başınız şərab, pendir və şokoladdan ağrıyırsa, bu qidalardan imtina etdikdən sonra ağrı da yox olur. Başağrısını yaradan səbəbdən asılı olmayaraq, hisə verilmiş qidalar və tərkibində natrium nitrit olan qidalar bütün hallarda menyudan xaric edilməlidir”, - Solomatina tövsiyə edib.
Dietoloq onu da vurğulayıb ki, dənli bitkilər, çörək və hinduşka ətindəki B vitaminləri baş ağrılarını aradan qaldırmağa kömək edəcək. Əgər başınız yuxusuzluqdan ağrıyırsa, yatmazdan əvvəl çobanyastığı çayı içmək, albalı və gilas yemək daha yaxşıdır. Səhər və ya günorta qaragilə suyu içməyiniz məsləhətdir.
Aytən Məftun
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq





























.jpg)










