Sağlamlıq
ABŞ-da MEYMUNÇİÇƏYİ FƏLAKƏTİ - Risk qrupunda CİNSİ AZLIQLARDIR
Meymunçiçəyi virusuna yoluxanların sayının kəskin artdığı üçün ötən həftədən etibarən ABŞ səhiyyə rəsmiləri bu xəstəliklə bağlı ölkə ərazisində fövqalədə vəziyyət elan edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ixtisaslaşdırılmış klinikalarda çətinliklər yaşanır, həkimlər isə yaranmış vəziyyətlə mübarizə apara bilmir. Bütün böyük şəhərlərdəki zöhrəvi xəstəxanalar indi əhalinin ən çox təhlükə altında olan hissəsini - homoseksual və biseksualları müalicə etməyə çalışır. Lakin mütəxəssislər hesab edirlər ki, virus bu maneəni asanlıqla keçərək hər kəsə yoluxa bilər. Ölkə daxilində cinsi sağlamlıq klinikaları da xəstə axını ilə üzləşir, əhalinin meymunçiçəyi testlərinə, peyvəndlərə və müalicələrə ehtiyacı artıb. Bu sahə ciddi şəkildə maliyyələşdirilmir, klinikalarda həkimlər kadr çatışmazlığı ilə üzləşdiklərini deyirlər.
Los-Ancelesdəki LGBT Mərkəzinin həkimi Uord Karpenter ABŞ-da meymunçiçəyi epidemiyasının gözləniləndən daha pis olduğunu bildirib. “Biz indi kovidin başlanğıcında qarşılaşdığımız xaotik bir hal yaşayırıq. Mərkəzin rəhbərliyi problemin həlli üçün belə işlərlə heç bir əlaqəsi olmayan və yeni sahəni öyrənməyə məcbur olan əlavə işçiləri cəlb etməli olur”, - həkim bildirib.
ABŞ Konqresinin 100 üzvü ötən ayın sonunda prezident Co Baydenə bu barədə məktub ünvanlayıb. Parlamentarilər təcili dəstək tədbirlərinin görülməsini təklif edirlər. Onlar epidemiya ilə mübarizə aparmaq və meymunçiçəyi epidemiyasının qarşısını almaq üçün klinikalara ən az 30 milyon dollar ayırmağa çağırıblar.
Meymunçiçəyi səbəbindən tibb sahəsi ciddi təzyiq altındadır. Xəstələrin sayında artım, xəstələrin sayı artdıqca peyvənd və test çatışmazlığı səhiyyə sistem üçün əlavə yükə çevrilir. Meymunçiçəyi nadir hallarda ölümcül olur və ABŞ-da hələ heç bir ölüm hadisəsi qeydə alınmayıb. Ancaq bəzi xəstələr cinsiyyət orqanlarında və ya anusda yaranan səpgilər səbəbindən dözülməz ağrıdan o qədər əziyyət çəkirlər ki, xəstəxanaya müraciət etməli olurlar.
“Bunu antibiotik qəbul etməklə tez aradan qaldırmaq mümkün deyil, müalicə daha uzun müddət tələb edir, insanlar həftələrlə bu ağrı ilə yaşayırlar”, - Çikaqodakı Hovard Broun Sağlamlıq şirkətinin həkimi və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Anu Hazra bildirib.
Hazranın sözlərinə görə, Çikaqo şəhəri iyulda təslim edilən 7000 vaksindən əlavə həftə sonu 15,000 doza peyvənd alıb. Amma bu risk altında olan kişilərin tələbatını ödəmək üçün kifayət deyil. O, həmçinin Çikaqoda şübhəli yeni infeksiyaların müayinəsinə gələnlərin sayının may ayından etibarən artdığını söyləyib.
Dr.Karpenter hesab edir ki, ABŞ yoluxmanın qarşısını almaq qabiliyyətinə malikdir. İndiyədək bu, gey və biseksual kişi icması ilə məhdudlaşıb, lakin infeksiyaların sayı artdıqca, virusun daha geniş əhaliyə yayılma riski artır. Amerikalı həkimlər səlahiyyətlilərdən hərtərəfli ictimai sağlamlıq strategiyasının hazırlanmasını tələb edir və bunun COVİD-19 qədər ciddi qəbul edilməsinə çağırırlar.
Gey və biseksual kişilər hazırda ən çox risk altında olsalar da, səhiyyə rəsmiləri dəfələrlə vurğulayıblar ki, virusa yoluxmuş şəxslə fiziki təmasda və ya dəsmal və geyimlərindən istifadə nəticəsində də meymunçiçəyi virusuna yoluxa bilər.
Aytən Məftun
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi