Sağlamlıq
Bu xəstələrin vəziyyəti pisləşə bilər - SOS
Payızda ağciyər xəstəlikləri, SARS, koronavirus, həmçinin mövsümi tendensiyaya malik olan ürək-damar sistemi və psixika ilə bağlı xəstəlikləri daha çox pisləşir.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov “Moskva 24” telekanalına danışıb. Ekspert bildirib ki, hava şəraitindəki dalğalanmalar orqanizm üçün stressdir. Belə ki, ürək-damar xəstəlikləri olan insanlarda qan təzyiqinin düşməsi, aritmiya, angina və ürəkdə ağrılar yarana bilər. Ağciyər xəstəliklərindən əziyyət çəkənlərdə yüngül öskürək rast gəlinir.
“Xəstəlik yaxşı idarə olunursa və ya insan fiziki olaraq özünü qoruyursa, bu amillər ona daha az təsir edir. Müalicə olunmazsa, ətraf mühit amilləri ona daha güclü təsir göstərməyə başlayır və bu zaman həqiqətən sağlamlıq problemləri ola bilər”, - ekspert bildirib.
İmmunoloqun sözlərinə görə, rütubətin dəyişməsi ilə əlaqədar olaraq payız, qış və yaz fəslləri koronavirus və SARS-in inkişafı üçün əlverişli dövrdür. O, yekunda əlavə edib ki, bu xəstəliklərin yaranmasında havanın rütubətinin böyük təsiri var və elmi tədqiqatlar da bunu bir daha təsdiqləyir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































