Sağlamlıq
96 yaşında vəfat edən Kraliçanın UZUNÖMÜRLÜLÜK SİRRİ - FOTO
II Elizaveta 96 yaşında dünyasını dəyişsə də, ömrünün son günlərinədək ayaqda dik durdu və üzündəki təbəssümü onu tərk etmədi. Son vaxtlara qədər kraliça öz səlahiyyətindən imtina etmək barədə düşünmürdü - o, müntəzəm şəkildə tədbir və görüşlərdə iştirak edirdi. Bəs Britaniya kraliçasının uzunömürlülüyünün sirri nədir?
Publika.az oxucuları ilə Kraliça II Elizavetanın uzunömürlülüyünün sirlərini bölüşür.
Səbəblərdən biri, əlbəttə ki, düzgün qidalanmadır. Kraliça pəhrizinə çox ciddi nəzarət edirdi, hərçənd bəzən özünə dadlı təamlardan həzz almağa imkan verirdi.
Hər gün nə yeyirdi?
Kraliça günə şəkərsiz bir fincan isti "Earl Grey" çayı ilə başlayırdı. Çayın yanında isə həmişə şokoladlı peçenye verilirdi.
İkinci səhər yeməyi
Duşdan sonra kraliça geyinir və əvvəlkindən qat-qat faydalı qidaların verildiyi rəsmi səhər yeməyinə gedirdi. Taxıl məhsullarına üstünlük verər, bəzən tost və marmelad yeyərdi. Maraqlıdır ki, Ülyahəzrətin səhər süfrəsində nadir hallarda yumurta olub.
Nahar
Kraliça II Elizavetanın nahar menyusunu balıq, ispanaq və balqabaq kimi sağlam, yüksək proteinli, az karbohidratlı qidalar təşkil edib. O, xüsusilə qızardılmış toyuq salatını sevirdi. Maraqlıdır ki, aşpazlar əsasən kral mülkündə yetişdirilən orqanik məhsullardan istifadə edirlər.
Gündüz çayı
Nahardan sonra II Elizaveta həmişə qaymaqlı pendir, xiyarlı sendviç və ya meyvəli tortla çay içirdi. Deyilənlərə görə, uşaqlıqda kraliça çörəyin üzərinə yağ və çiyələk mürəbbəsi yaymağı çox sevib.
Şam yeməyi
Keçmiş kral aşpazı Darren Makqradinin sözlərinə görə, II Elizaveta axşam yeməyində tərəvəz salatı ilə qızardılmış və ya qaynadılmış balıq yeyib. Yeməklərdə nişastanın olmamasına xüsusi diqqət yetirib.
Kraliça vaxtaşırı kremli bifştek və göbələk sousu kimi daha, zərif yeməklərə də üstünlük verib.
Axşam deserti
Kraliça desert kimi daha çox öz bağında yetişdirilən meyvə və giləmeyvələrdən yesə də, hərdən şokoladlı şirniyyatdan da imtina etməzdi. Amma süd və ağ şokolad II Elizavetanın rasionuna daxil deyildi. Yeri gəlmişkən, o, yalnız tünd içkilərə üstünlük verib.
Nə yemirdi?
II Elizaveta heç vaxt tərkibində sarımsaq olan qidaları yemirdi. Ümumiyyətlə, krallığın mətbəxində bu tərəvəzdən istifadə qadağandır.
Aytən Məftun
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib












.jpg)


























