Sağlamlıq
Stresin öhdəsindən gəlməyin ən effektiv yolu
İnsan İnkişafı İnstitutunun tədqiqatçısı Maks Plank müəyyən edib ki, təbiətdə bir saatlıq gəzinti stressə cavab verən beyin loblarının fəaliyyətini azaldır.
Publika.az xəbər verir ki, tədqiqat “Molecular Psychiatry” jurnalında dərc olunub.
Meşədə və ya açıq havada bir saatlıq gəzintidən əvvəl və sonra 63 sağlam könüllüdə stressin işlənməsi üçün məsul olan bölgələrdə beyin fəaliyyətini araşdırılıb. Tədqiqatın nəticələri təbiətdə gəzintidən sonra amigdala aktivliyinin azaldığını göstərib və bu, təbiətin beynin stresslə əlaqəli bölgələrinə faydalı təsir göstərdiyini göstərir.
Maraqlıdır ki, bu bölgələrdə şəhər gəzintilərindən sonra beyin fəaliyyətində heç bir artım müşahidə edilməyib. Bu isə şəhərdə daha çox zaman keçirmənin əlavə stresə səbəb olduğuna dair geniş yayılmış inanca ziddir.
Əvvəlki araşdırmalar sübut edib ki, şəhərdə yaşamaq psixi pozğunluqların inkişafı üçün risk faktorudur. Eyni zamanda təbiətə yaxın yaşayan insanların beyni fərqlidir. Onların beyninin mərkəzi bölgəsi olan amigdala şəhər sakinlərinə nisbətən stress altında daha az aktivdir. Yəni, daha "təbii" ərazilərin sakinləri potensial olaraq streslə daha yaxşı mübarizə apara bilərlər. Amma indiyə qədər bilinmirdi ki, bu, təbiətin təsiri ilə bağlıdır, yoxsa belə beyinə malik insanlar sadəcə olaraq şəhərdən uzaqda yaşamağa üstünlük verirlər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


