Sağlamlıq
Bu xəstələrə VİTAMİN verilməməlidir
Hər kəs vitamin və mineral kompleksləri qəbul edə bilməz. Həkim məsləhəti olmadan qəbul edilən dərmanlar sağlamlığınıza ciddi zərər vura bilər.
Publika.az xəbər verir ki, bu barədə qastroenteroloq, tibb elmləri namizədi İrina Berejnaya danışıb. O, qeyd edib ki, mədə-bağırsaq traktının kəskin iltihabı varsa, vitaminlər qıcıqlandırıcı təsir göstərə və iltihabın artmasına səbəb ola bilər. Mədədə ulseratif proseslər olduqda isə nəzarətsiz qəbul edilən vitaminlər əksər hallarda "Helicobacter pylori" infeksiyasına səbəb olur.
“Bakterial infeksiyada vitaminlər və mikroelementlər yazılmır, çünki bakteriyalar onlardan həyatda qalmaq üçün istifadə edirlər. Buna uyğun olaraq, biz əvvəlcə prosesi müalicə edirik, sonra isə həkim vitamin kursları təyin edir”, - Berejnaya “Sputnik radiosu”na müsahibəsində deyib.
Həkimin sözlərinə görə, xəstəliyin xroniki gedişində vitaminlər qəbul edilə bilər, lakin şiddətlənməyibsə.
“Əgər insanlar uzun müddət xəstələnirlərsə, onda sadəcə müalicə lazımdır”, - həkim əlavə edib.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)