Sağlamlıq
Uşaqlarınıza bu dərmanları əsla verməyin!
Tibb elmləri doktoru Oleq Abakumov “Vesti Podmoskovye”yə valideynlərin tez-tez soyuqdəymə əlamətləri olan uşaqlarına verdiyi təhlükəli dərmanlardan danışıb.
Publika.az xəbər verir ki, mütəxəssisin fikrincə, tamamilə qlükoza və şəkərdən ibarət olan, lakin çox bahalı olan “Oscillococcinum” uşaqlara verilməməlidir. Və bu dərmanın effektivliyi sübut edilməyib, bəzi mənbələr hətta onu saxta adlandırırlar.
“Ancaq təbii ki, ananın bundan xəbəri yoxdur. O, körpəyə antiviral dərman verir”, - həkim əlavə edib.
Həmçinin həkim məşhur “Kagocel”dən istifadə etməməyi şiddətlə tövsiyə edir. Abakumovun sözlərinə görə, bu dərman Çində kişilər üçün oral kontraseptiv kimi istifadə edilir və ondan istifadə gələcəkdə sonsuzluğa səbəb ola bilər. Üstəlik soyuqdəyməyə qarşı dərmanın effektivliyi mübahisəlidir, çünki bir çox yan təsirlərə malikdir.
“Anaferon” isə aktiv maddələrinə görə siyahıya daxil edilib, bədəndə viruslarla mübarizə aparan interferon qamma antikorları öldürür. Eyni vəziyyət bir çoxunun uşaqlıqda müalicə olunduğu “Analgin”ə də aiddir. O, viruslarla mübarizə üçün nəzərdə tutulmuş hüceyrələri məhv edə bilir və bu dərman bir çox ölkələrdə qadağandır. Siyahıda sonuncu yeri bakterial lizatların fəaliyyətindən məsul olan “Broncho-munal” tutur. Onun təsiri hələ də tam öyrənilməyib, ancaq dərman çox geniş şəkildə reklam olunur.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)