Sağlamlıq
Əllərin uyuşma səbəbləri
Əllərdə uyuşma adətən kompüterdən uzun müddət istifadə nəticəsində yarana bilər.
Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına müsahibəsində Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasının terapevti Polina Yermolova bildirib.
“Əl uyuşması kompüter siçanından çox istifadə edən insanlarda olur. Əgər tez-tez fırçadan da istifadə edirsinizsə, o zaman siz tunel sindromuna meyilli ola bilərsiniz, yəni barmaqlarınız uyuşa bilər. Əllərdə və barmaqlarda qaşınma ola bilər”, - həkim bildirib.
Mütəxəssis əlavə edib ki, tunel neyropatiyasının bir növü karpal tunel sindromudur. Bu, karpal kanaldan keçən median sinirə sıxılma-işemik təsir ilə əlaqələndirilir. Üstəlik, bu xəstəliyə qadınlarda daha çox rast gəlinir.
Həkim toxumaların qanla daha yaxşı təmin edilməsi üçün vaxtaşırı əllərdə dartınma hərəkətləri etməyi tövsiyə edib. Mütəxəssis əlavə edib ki, uyuşma meqapolis sakinlərində stresli həyat nəticəsində yaranan maqnezium çatışmazlığından da yarana bilər.
“Bundan əlavə, skleroz da bu həssas pozğunluqlarının səbəbi ola bilər. Nəticədə impulsların ötürülməsi pozulur. Həmçinin əllərin uyuşması yaxınlaşan miqrenin əlamətidir”, - terapevt yekunda vurğulayıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)