Sağlamlıq
Nevroloq beyni inkişaf etdirməyin sirrini açdı
Neyroplastiklik, yəni insan beyninin ətrafdakı dəyişikliklərə uyğunlaşma və travmalardan sağalma qabiliyyəti inkişaf etdirilə bilər.
Publika.az xəbər verir ki, bu barədə nevroloq Olesya Boqomolova “Moskva 24” telekanalına müsahibəsində danışıb. Mütəxəssisin fikrincə, bunun üçün beyni daim məşq etdirməyə və monotonluqdan çəkinməyə dəyər.
“Naməlum marşrutlarla gəzin, yeni hobbilər sınayın. İşdə daha tez-tez çətin tapşırıqları yerinə yetirin və ya gündəlik həyatınızı necə optimallaşdıracağınızı anlayın. Rahatlıq zonanızı tərk etməkdən qorxmayın - bu, beyni silkələmək üçün fürsətdir”, - Boqomolova bildirib.
Ekspert hər gün yeni sözlər öyrənməyə və telefon nömrələrini yadda saxlamağa çağırıb. Sənətin köməyilə də nevroplastikliyi inkişaf etdirə bilərsiniz. Beləliklə, şəkilləri nəzərdən keçirərkən rənglənmiş obyektlərin harada, hansı rəng və formada olduğunu yaddaşanıza həkk edin.
“Bundan əlavə, əl məşqləri də faydalı olacaq. Sağ əli ilə işləyən insan bir müddət “solaxay ola”, bu şəkildə məktub yazmağa və ya nəsə çəkməyə cəhd edə bilər. Nəticədə problemlərin həllində qeyri-standart yanaşmalar daha çox olacaq, çünki bu məşqlə beynin digər sahələri də işləyir. Təxəyyül oyunları və orta fiziki fəaliyyət də kömək edə bilər”, - mütəxəssis vurğulayıb.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)