Sağlamlıq
Bədəniniz buna görə sizə təşəkkür edəcək
Bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün səhər məşqləri etmək lazımdır.
Publika.az xəbər verir ki, bu barərə fitnes-bloger Zalina Kardanova danışıb. O qeyd edib ki, yuxudan sonra bədən tərbiyəsi ilə məşğul olmaq əhval-ruhiyyəni qaldırır, qan dövranını və beyinə qan axınını yaxşılaşdırır. Zalina Kardanova əmindir ki, yeddi günlük məşq buna nail olmağa kömək edəcək və sonda vücudunuz sizə təşəkkür edəcək.
1. Başın fırlanması
Düz bir mövqe tuturuq, ayaqları birləşdirir və əlləri belimizə qoyuruq. Qamət düz olmalıdır. Sonra başımızı çevirməyə başlayırıq, sanki burnumuzla bədənimizin qarşısında dairə çəkirik.
2. Çiyin fırlanması
Başlanğıc mövqeyini götürürük, sonra çiyinləri yavaş-yavaş fırladırıq.
3. Çanaq sümüklərinin hərəkəti
Başlanğıc vəziyyətində oluruq: əllər beldə, ayaqları çiyinlərdən daha geniş açın. Başlanğıc mövqeyindən çanağı beş dəfə saat əqrəbi istiqamətində, 5 dəfə də əks istiqamətdə çevirin. Fırlanaraq omba ilə vizual dairə çəkin. Ayaqları yerdən qaldırmamaq lazımdır, çünki bu döngə bədənlə deyil, çanaq ilə həyata keçirilir.
4. Dizlərin dairəvi hərəkətləri
Başlanğıc vəziyyətini alırıq: Dizləri büküb özümüz üçün rahat hündürlüyə endiririk. Sonra ovuclarımızı dizlərin üstünə qoyub dizlərimizlə dairəvi hərəkətlər edirik. Dairələri saat əqrəbinin əksinə, sonra isə geriyə çəkin.
5. Yerində yerimək
Düz dururuq, çənəmizi yuxarı qaldırıb önümüzə baxırıq. Sonra çiyinlərimizi düzəldirik və irəli və ya arxaya əyilmədən “gəzməyə” başlayırıq. Dizlər yuxarı qaldırılmalı, mədə azca gərgin olmalıdır.
6. Ayaq barmaqları üzərində qalxın
Bu məşq alt ayağın əzələlərini işləmək üçün edilir, həm də həzmi yaxşılaşdırır. Düz dayanıb bədəni ayaq barmaqlarımıza qaldırırıq. Bu hərəkət baldır əzələlərini gücləndirəcək.
7. Ayaq barmaqları üzərində tullanmaq
Bu məşqdə mürəkkəb bir şey yoxdur. Ayaqları birləşdirib ayaq barmaqlarımız üzərinda sıçrayırıq, həmçinin ayaq barmaqlarımızın üzərinə düşürük.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





