Sağlamlıq
ÜST-dən həyəcan təbili – Dünya əhalisinin 80 faizdən çoxu...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, 2030-cu ilə qədər təxminən 500 milyon insan fiziki hərəkətsizlik səbəbindən çox ciddi sağlamlıq problemləri ilə üzləşəcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda deyilir ki, hökumətlər təcili tədbirlər görməsə və ya insanları daha çox tədbir görməyə təşviq etməsə, yarım milyard insan infarkt, piylənmə, diabet və digər ciddi və ölümcül xəstəliklərlə üzləşəcək. ÜST açıqlamasında onu da vurğulayıb ki, insanları divandan qalxıb hərəkətə gətirmək böyük maliyyə yükü yaradacaq, sağlamlıq xərcləri isə 27 milyard dollar artacaq.
ÜST-ün hərəkətsiz həyat tərzinin təsirləri ilə bağlı ilk qlobal hesabatına görə, dünyada yetkin əhalinin 80 faizindən çoxu kifayət qədər fiziki aktivliyə malik deyil. 194 ölkənin məlumatına görə, hökumətlərin idman və hərəkəti təşviq etmək səyləri çox ləng gedir və gələcək illərdə səhiyyə xidmətləri böyük zərər çəkə bilər.
ÜST-ün baş katibi Adanom Qebreyesusun sözlərinə görə, insanları gəzməyə, idman etməyə və digər fiziki fəaliyyətlərə təşviq etmək üçün daha çox işlər görülməlidir.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































