Sağlamlıq
Qış aylarında bol su içilməzsə, bunlar baş verər
Payız-qış aylarında dəri quruluğunun qarşısını almaq üçün su balansını saxlamaq, şəkərli içkilərdən az istifadə etmək lazımdır.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Yekaterina Kaşux "Russian.rt" kanalına müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə bədəndə maye balanslı olmalıdır. Bu balans normal maddələr mübadiləsinin yaxşılaşmasına kömək edəcək.
"İnsanlar payız-qış aylarında daha qalın geyindikləri üçün çox tərləyirlər, lakin bəzən onlar bunu hiss etmirlər. Bundan başqa, mərkəzi istilik və qızdırıcı vasitələr havanı qurudur. Bu zaman isə dəri vasitəsilə nəmin buxarlanması artır.
Soyuq mövsümdə orqanizmə lazım olan mayenin miqdarı üçün vahid norma yoxdur. Bu, cinsdən, yaşdan, çəkidən və digər amillərdən asılıdır. Orta hesabla böyüklər gündə iki-üç litr, uşaqlar isə litr yarıma qədər su içməlidir. Şirin və qazlı sulardan istifadə etmək məsləhət görülmür.
Alkoqol da soyuqda bədənin susuz qalmasına səbəb ola bilər. Qəhvəni isə gün ərzində 3 fincandan artıq içmək olmaz", - deyə həkim əlavə edib.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)