Sağlamlıq
Dünyanın ən sağlam əhalisi haradadır?
"World Population Review" agentliyinin araşdırmasına görə, dünyanın ən sağlam əhalisi ispanlardır. Araşdırmada qeyd olunub ki, bu, sağlam qidalanma ilə bağlıdır, sağlam qidalanma isə birbaşa uzunömürlülüyə təsir edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aralıq dənizi pəhrizinin (bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhrizlərdən biridir) hakim olduğu İspaniyada insanlar Omeqa 3, zülal və sağlam yağlarla zəngin məhsullara üstünlük verirlər. Bu menyuda zeytun yağı, balıq, qoz-fındıq, lobya və taxıllara da üstünlük verilir. İspanlar adətən naharda çox yeyirlər, axşam yeməyinin porsiyası daha azdır. Ölkənin bəzi yerlərində isə günün istisindən qaçmaq üçün siesta (günorta yuxusu) hələ də populyardır.
Bildirilib ki, hətta günəş işığına həsrət qalmış bir çox britaniyalı təzə balıq və dəniz məhsullarına asan çıxışı təmin etmək üçün İspaniyanın sahilyanı ərazilərinə köçüb və köçməyə davam edir.
Aralıq dənizi pəhrizinə üstünlük verən ölkələr arasında İtaliya ikinci yeri tutub. Pizza qeyri-sağlam yemək sayılsa da, İtaliyada yeməklərin çoxu təzə məhsullardan hazırlanır. İtalyanlar da yağsız ət, tərəvəz və təzə balığa üstünlük verir, odur ki, əhali arasında qan təzyiqi və xolesterin kimi problemlər daha az rast gəlinir.
İslandiya siyahıda üçüncüdür. İslandiyadakı insanlar zəngin səhər yeməyi yeməyə meyllidirlər, bu da günə başlamaq və daha uzun müddət tox saxlamaq üçün yaxşı variantdır. Ölkənin milli mətbəxi də təzə dəniz məhsulları və süd məhsulları ehtiva edir, eyni zamanda əlavələr və ya konservantlar da çox azdır.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































