Sağlamlıq
Şəkərli diabet xəstələrinə MÜJDƏ! - 77 faiz uğurlu oldu
“Az karbohidratlı, tərəvəz və liflə zəngin bir pəhriz, gündə 30 dəqiqədən az olmayan nizamlı idmanla, gündə 7-8 saat nizamlı yatmaqla diabetin inkişafının qarşısını almaq olar”.
Publika.az xəbər verir ki, bu barədə diabetin qarşısını almağın yollarından danışan türkiyəli həkim Dr. Emel Yiğit Karakaş bildirib.

Şəkər xəstəliyinin orqanizmin şəkəri (qlükozanı) hüceyrələrinə qəbul edə bilmədiyi və enerji üçün istifadə edə bilmədiyi zaman meydana gəldiyini söyləyən Karakaş deyib: “Şəkər bütün orqan və toxumaların öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan ən əhəmiyyətli enerji mənbəyi, yəni yanacaqdır. Enerji istehsalı üçün toxumalara daxil ola bilməyən şəkər orqanizmdə zəhərli təsirlərə səbəb olur. Müalicə olunmayan yüksək qan şəkəri ürəyinizə, qan damarlarınıza, sinir uclarına, böyrəklərə və gözlərə zərər verir”.

Diabetin 2 əsas başlıq altında araşdırıldığını və bu qruplaşmaya görə risk faktorlarının təyin edildiyini bildirən həkim, “Vücudunuzda insulin istehsalının azalması və ya olmaması səbəbindən qan şəkərinin səviyyəsi yüksəlirsə, insulinə bağlıdır və ya Tip 1 diabetdirsə, mədəaltı vəziniz insulin istehsal edirsə, ancaq vücudunuzun hüceyrələri buna cavab vermirsə, bu Tip 2 diabetdir”, - deyə qeyd edib.
“Diabetin digər daha az yayılmış növləri gestasyonal (gestasiya diabeti) diabet, “Moody” adlı monogen genetik yolla ötürülən diabet, gec başlayan “LADA autoimmun diabetes mellitus” - dərman və kimyəvi maddələrə məruz qaldıqdan sonra yaranan diabetdir”, - deyə həkim bildirib.
Murad
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


