Sağlamlıq
Möhtəşəm kəşf: Bu xəstəliyin diaqnozu üçün qan testi
ABŞ-ın Pitsburq Universitetinin alimləri Alzheimer xəstəliyinə diaqnoz qoyan qan testi hazırlayıblar.
Pitsburq Universitetinin Tibb Fakültəsindən bir qrup nevroloq, qan nümunəsindən Alzheimer xəstəliyini aşkar edən bir test hazırladıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Alzheimer diaqnozunun qoyulması üçün bahalı, vaxt aparan və zəhmət tələb edən müasir diaqnostika üsullarından başlayaraq, elm adamları həmin xəstəliyə xas olan "beyindən əldə edilən tau" zülalını aşkar edən antikor əsaslı Qan Testi üzərində işləməyə başlayıblar.
Alzheimer xəstəliyinin müxtəlif mərhələlərində olan 600 xəstə üzərində yoxlanılan qan analizlərinin nəticələri ənənəvi diaqnostika üsullarından əldə edilən nəticələrlə müqayisə edilib.

Hazırlanmış qan testi mövcud olan ənənəvi diaqnostik üsulların nəticələri ilə düz mütənasib olan və Alzheimer xəstəliyini dəqiq müəyyən edən nəticə verib. Dosent Dr. Thomas Karikari inkişaf etdirdikləri qan testinin geniş istifadə edilməsi üçün çalışacaqlarını ifadə edərək, “Hazırda Alzheimer xəstəliyinin diaqnozu üçün beyin görüntüləmə lazımdır. Bu testlər bahalıdır və bir çox xəstələrin hətta ABŞ-da MRT və PET skanerlərinə çıxışı yoxdur. Əlçatanlıq əsas məsələdir” deyə vurğulayıb.
Alimlər qeyd ediblər ki, onların növbəti addımı müxtəlif irq və etnik mənsubiyyətlərdən olan xəstələr və yaddaş itkisinin müxtəlif mərhələlərində və ya demensiyanın digər potensial simptomlarından əziyyət çəkənlər də daxil olmaqla, daha geniş spektrli xəstələrdə qan testini yoxlamaqdır.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































