Sağlamlıq
Qadınlar və kişilər üçün - Sidikqaçırmanın qarşısını alan məşq
Qadınlar arasında getdikcə populyarlaşan çanaq əzələlərinin məşqi - kegel cinsi aktı gücləndirən effektiv idman növüdür. Qadınlar üçün faydalı olduğu qədər kişilər üzərində də müsbıt təsirə malikdir.
Publika.az xəbər verir ki, bu sözləri "Lenta.ru"ya müsahibəsində uroloq Stanislav Peseqov deyib. Həkim izah edib ki, kegel məşqi ilə sidik qaçırma problemini də aradan qaldırmaq mümkündür.
"Məşq sidik kisəsini və bağırsaqları dəstəkləyən əzələlərin aşağı tonusu səbəbindən kişilərdə çanaq orqanlarının patoloji vəziyyəti inkişaf edə bilər. Dərman və aparat üsullarına əlavə olaraq, xəstələrə xüsusi məşqlər təyin olunur. 1940-cı illərin sonlarında ABŞ-da professor Arnold Kegel doğuşdan sonra qadınlarda sidik qaçırma və intim problemlərdən xilas olmaq üçün bir sıra məşqlər hazırladı. Sonradan məlum oldu ki, məşqlər kişilər üçün də faydalıdır", - deyə həkim qeyd edib.
Ekspertin sözlərinə görə, kegel məşqi sidiyi tutmanızı təmin edən əzələləri sıxaraq, bir müddət belə gözlədikdən sonra boşaldılması ilə həyata keçirilir. Bunu edərkən hansı əzələlərin yığılması lazım olduğu öyrənilir. Bu məşq xüsusilə stress zamanı, yaxud öskürərkən və asqırarkən sidik qaçırmada təsirli olur. Odur ki, məşq sayəsində həm cinsi əlaqəni gücləndirmək, həm də sidik qaçırmanı azaltmaq olar.

-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































