Sağlamlıq
Çində yeni virus qeydə alınmadı - ÜST
ÜST-ün virusun inkişafını izləyən texniki məsləhət qrupu Çindəki vəziyyəti müzakirə etmək üçün yanvarın 3-də Çin nümayəndə heyəti ilə görüşüb. İclasda çinli alimlərin yerli mənşəli SARS-CoV-2 virusuna yoluxma hallarından götürülmüş nümunələrin DNT məlumatları və onların “xarici mənşəli” kimi təsnif etdiyi hallarla bağlı təqdimatla çıxış ediblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçən ilin dekabrın birindən etirabən 2000-dən çox nümunənin DNT məlumatları yoxlanılıb. Çin nümayəndə heyətinin təhlilləri göstərib ki, Omikron virusunun alt variantları BF.7 və BA.5.2 üstünlük təşkil edir, həmçinin genom ardıcıllığına görə, BF.7 və BA.5.2 subvariantları yerli infeksiyaların 97,5 faizini təşkil edir.
Bildirilib ki, ölkədə digər məlum Omikron alt variantları aşağı nisbətdə aşkar edilib, eyni zamanda bu alt variantlar başqa ölkələrdə də qeydə alınıb. Nümayəndə heyəti ölkədə yeni variantın görülmədiyini bildirib. İctimaiyyətə açıq olan DNT məlumatlarında da Çində heç bir yeni variant və mutasiya aşkar edilmədiyi qeyd edilib.
ÜST-ün Çində və dünyada virusla bağlı vəziyyəti yaxından izləməyə davam edəcəyi bildirilsə də, ölkələrə ayıq qalmaq, məlumatları bildirmək və müxtəlif Omikron variantlarına qarşı müstəqil və müqayisəli təhlillər aparmaq tövsiyə edilib.
Qeyd edək ki, ÜST-ün virusun təkamülünü öyrənən texniki məsləhət şurası, COVİD-19-a səbəb olan SARS-CoV-2 virusu ilə bağlı ən son elmi məlumatları nəzərdən keçirmək üçün müntəzəm olaraq toplanır, eyni zamanda təşkilata ictimai sağlamlıq strategiyalarında dəyişikliklərlə bağlı tövsiyələr verir.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































