Sağlamlıq
Qarın piylərini əridən ən effektiv üsul
Diyetoloq, biokimyaçı Yekaterina Novikova qarın piylərini əridən ən effektiv üsulları açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qarın piylənməsindən alma tipli bədən quruluşu olan insanlar daha çox əziyyət çəkir. Eləcə də beli 80 santimetrdən çox olan qadınlara və 95 santimetrdən yuxarı kişilərə təsir göstərir. Problemi özünüz müəyyən etmək üçün iki barmağınızla göbək ətrafındakı dərini tutmağa çalışın. Çox miqdarda qarın piyi olan insanlarda dəri nazik olmayacaq.
"Qarında yağların yığılmasının səbəbi həddindən artıq yemək, pəhrizdə şirin və yağlı qidaların üstünlük təşkil etməsidir. Həmçinin oturaq həyat tərzi, xroniki stress və yuxusuzluq da piylənməyə gətirib çıxarır.
Qarın yağlarıyla mübarizəyə başlamaq üçün şəkər və sadə karbohidratları pəhrizdən çıxarmaq lazımdır. Onların istifadəsi insulin səviyyəsinin artmasına və insulin müqavimətinin inkişafına səbəb olur. Bunun müqabilində biz pəhrizə çoxlu sayda nişastasız tərəvəz, sağlam yağlar və zülal daxil edirik", - həkim bildirib.
Bundan əlavə, həkim müntəzəm olaraq idmanla və ya hər hansı digər fiziki fəaliyyətlə məşğul olmağı, həmçinin stresdən uzaq durmağı məsləhət görüb. Novikova vurğulayıb ki, məhz stress kortizol istehsalına səbəb olur və iştahı idarə edən maddələr mübadiləsini pozur.⠀
Son nöqtə dəqiq yuxu rejimidir. Gündə ən az 7-8 saat, tam qaranlıq və sükutda yatmaq lazımdır. Tez yuxuya getmək və daha çox yatmaq üçün yatmazdan əvvəl gəzintiyə çıxmalı, rahatlaşdırıcı efir yağlarından istifadə etməli, vanna qəbul etməli və yatmazdan bir saat əvvəl qadcetlərdən imtina etməlisiniz.
Aytən Məftun
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq





























.jpg)










