Sağlamlıq
Kök insanlar bu ölkələrdə o qədər çoxdur ki...
"Our World in Data" dünyanın ən kök insanlarının yaşadığı ölkələrin siyahısını tərtib edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyahı 2016-cı ildə dünyanın 195 ölkəsindən toplanan məlumatlar əsasında hazırlanıb. "Daily Mail"də yayımlanan məqalədə qeyd olunub ki, dünyada yetkinlərin üçdə birindən çoxu və ya 39 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Rəqəmlərə görə, britaniyalıların təxminən 64 faizi və amerikalıların 68 faizi obezdir.
Bundan əlavə, 2016-cı ildə dünya üzrə 18 yaş və daha yuxarı yaşlıların 13 faizi obez olub.
Sakit okeandakı Nauru adası 88,5% artıq çəki və ya piylənmə göstəriciləri ilə siyahıda birincidir. Dünyanın ən zərif ölkəsi 18,3% ilə Vyetnam olub.
Dünyanın ən kök 10 ölkəsinin hamısı Sakit okeanda yerləşir, ikinci yerdə Palau (85,1%), müvafiq olaraq, 84,7 faiz, 83,5 faiz və 81,9 faizlə Kuk adaları, Marşal adaları və Tuvalu gəlir.
İlk "10-luq"da Niue, Kiribati, Tonqa, Samoa və Mikroneziya ölkələri yer alıb.
Sakit okean hövzəsindən kənarda Küveyt 73,4%-lə on birinci yerdədir. 195 ölkənin yer aldığı cədvəldə ABŞ 15-ci, Avstraliya 25-ci, İngiltərə 30-cu yerdədir.
Məlumat üçün bildirək ki, obez və ya piylənmə ürək xəstəlikləri, insult, diabet və müxtəlif xərçəng növləri də daxil olmaqla, dünyada ölümə səbəb olan bir çox xəstəliklərdə əsas risk faktorudur.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































