Sağlamlıq
Kişilərdə testesteronu aşağı salan səbəblər
Yanlış həyat tərzi keçirən gənc kişilərdə testosteron səviyyələrində azalma müşahidə oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya “Grand Clinic” immunoreabilitasiya və profilaktik tibb klinikaları şəbəkəsinin qocalma əleyhinə tibb üzrə həkimi, qastroenteroloq-terapevt Natalya Smolikova bildirib.
"Yanlış həyat tərzi, gec yatmaq, yuxusuzluq və ya uzun müddət noutbuk və telefonların süni mavi işığına məruz qalmaq testosteronun azalmasına səbəb olur. Bu hallarda təbii melatonin istehsalı azalır ki, bu da testosteron səviyyəsinə öz təsirini göstərir.
Bunda emosional stress, həmçinin yuxu ritminin, keyfiyyətinin və hormonların pozulmasına səbəb olan uzunmüddətli stress də rol oynaya bilər. Bu vəziyyətdə bütün resursları stress hormonlarını sintez edən adrenal vəzlər alır. Eyni zamanda, testosteron səviyyəsinin azalması bədən çəkisinin artmasına və piylənməyə, həmçinin orqanizmin erkən yaşlanmasına səbəb ola bilər. Artıq çəki, o cümlədən piylənmə, visseral piylənmə, ateroskleroz, onkologiya, 2-ci tip diabet kimi yaşla bağlı yaranan xəstəliklər son zamanlarda daha çox 40 yaşda görünməyə başlayır”, - mütəxəssis əlavə edib.
Smolikovanın sözlərinə görə, testosteron səviyyəsi ən azı ildə bir dəfə yoxlanılmalıdır. Bunu gənc yaşda (təxminən 20 yaş), performansın maksimum səviyyədə olacağı zaman etmək məsləhətdir. Maraqlıdır ki, hormonların səviyyəsi kişinin özünü qiymətləndirməsindən, eləcə də onun canlılığından, orqanizmin qocalma sürətindən, sümük sıxlığından, əzələ kütləsinin miqdarından, damar endotelindən və reproduktiv funksiyadan asılıdır.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)