Sağlamlıq
Arıqlamaq istəyirsiniz? - Bu saatlarda idman edin
Arıqlamaq istəyənlər üçün idman da pəhriz qədər vacibdir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, günün müəyyən saatlarında edilən idman daha effektiv nəticə əldə etməyə imkan verir. İsveç alimləri apardıqları araşdırmalardan sonra bu nəticəyə gəliblər ki, səhər tezdən edilən idman arıqlamaq istəyənlər üçün daha təsirlidir. Belə ki, bu saatlarda maddələr mübadiləsi daha aktiv olduğundan, yağların yandırılması prosesini də sürətləndirir. İdman bədənə daha yaxşı yuxu, yaddaş, performans və maddələr mübadiləsi kimi müxtəlif yollarla sağlamlığı artıran yüzlərlə siqnal molekulunu buraxmağa imkan verir.
Karolinska İnstitutunun bioloqu, professor Julyen Zirat da izah edib ki, nəticələrə görə, səhər idmanı maddələr mübadiləsini sürətləndirmək və yağ yandırmaqda axşam məşqindən daha təsirli ola bilər.
Danimarkadakı Kopenhagen Universitetinin tədqiqatçılarının daxil olduğu komanda səhər idmanının 2-ci diabet və piylənmə kimi xəstəliklərə də kömək edəcəyinə ümid edir.
Ekspertlər yetkin insanlara həftədə iki yarım saatlıq orta ağırlıqlı məşqlə, məsələn, velosiped sürmək və ya sürətli gəzinti və ya 75 dəqiqə qaçışla və tennis kimi oyunlarla məşğul olmağı tövsiyə edir.
Bəzi mütəxəssislər isə hesab edir ki, səhər tezdən bədəni ağır idmanla yükləmək, onu stressə sala bilər. Odur ki, idmanla günorta saatlarında məşğul olmağı tövsiyə edirlər.
Aytən Məftun
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO

























.webp)








.jpg)

.jpg)