Sağlamlıq
İnsan beyninin oxşarı olan biokompüterlər təqdim olundu
Cons Hopkins Universitetinin (ABŞ) alimləri yeni nəsil biokompüterlərin layihəsini təqdim ediblər.
Publika.az xəbər verir ki, layihə müəlliflərinin fikrincə, belə qurğu mürəkkəb hesablama məsələlərini həll edə biləcək. Bu sahə şərti olaraq “orqanoid zəka” adlanıb.
Alimlər qeyd ediblər ki, bizim adət etdiyimiz silikon əsaslı kompüterlər rəqəmlərlə yaxşı işləyir, əsl beynin öyrənmə qabiliyyəti daha çoxdur.
Beyin orqanoidləri üçölçülü modellərə çevrilmiş kök hüceyrə qruplarıdır. Onlar beynin quruluşunu və funksiyasını təqlid edirlər, lakin həqiqi orqandan daha primitivdirlər. Organoidlər ilk dəfə 2013-cü ildə mikrosefaliya tədqiqatı üçün laboratoriyada yaradılıb. Sonradan, Alzheimer və Parkinson xəstəlikləri kimi digər xəstəlikləri öyrənmək üçün istifadə edilib.
Orqanoidlər həqiqi beynin məlumatı qəbul etməsinə və saxlamasına kömək edən hüceyrələrlə təchiz edilib. Buna görə də, alimlərin fikrincə, belə strukturlar çox enerji sərfiyyatı olmadan sürətli öyrənmə tələb edən hesablama işləri üçün uyğundur. Məlumat yığcam sinir bağlantılarında saxlanıla bilər.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, insan beynində təxminən 100 milyard neyron var.
Biokompüterlər yaratmaq üçün biomühəndislik və maşın öyrənmə vasitələrindən istifadə edilə bilər. Onlar təkcə ayrı-ayrı orqanoidlərdən məlumat göndərməyə və qəbul etməyə deyil, həm də onları beyin qruplarının mürəkkəb şəbəkələrində birləşdirməyə imkan verəcək.
Lakin bu layihəyə etik standartlar mane olur. İndiyədək elm adamları 50.000-dən çox olmayan neyrondan orqanoidlər yetişdiriblər. Amma güclü kompüter yaratmaq üçün onların sayını ən azı 10 milyona çatdırmaq lazım gələcək. Bir sıra ekspertlərin fikrincə, belə bir quruluş özünəməxsus intellekt və şüurun hansısa formasını əldə etməyə qadirdir.
Ayşən
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































